Hazırda ölkəmizdə koronavirusla əlaqədar məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur. Sərt karantin tədbirləri xəstəxanaya yerləşdirilənlərin sayının kəskin artması və çarpayı fondunun dolması əsasında verilir. Hazırda ümumi çarpayı fondunun 20, reanimasiya şöbələrinin çarpayı fondunun 10 faizi istifadə olunub. Sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
“Müşahidələr göstərir ki, vaksinasiyadan keçənlər xəstəliyi yüngül keçirdikləri halda, peyvənd vurdurmayanlarda ağırlaşma və ciddi fəsadlar qeydə alınır. Vaksin ehtiyatı kifayət qədərdir və əhalini “buster” dozanın qəbulunda daha fəal olmağa səsləyirəm”, – deyə nazir bildirib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









