
Sentyabrın 24-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin veloyürüşü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şəhidlərin xatirəsinə həsr olunan veloyürüşdən əvvəl İkinci Fəxri xiyabanda Vətən uğrunda canından keçmiş qəhrəmanların məzarları ziyarət olunub, onların məzarları önünə gül dəstələri düzülüb.
Sonra Dənizkənarı Bulvarın “Azneft” dairəsi hissəsində veloyürüşə start verilib. Yürüş Hərbi Qənimətlər Parkının qarşısında başa çatacaq. Qazilər, həmçinin Hərbi Qənimətlər Parkını ziyarət edəcəklər.
Veloyürüşdə Federasiyanın nümayəndələri və milli komandanın üzvləri də iştirak edirlər.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









