
Oktyabrın 29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası işinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə təşkilata üzv ölkələrdən ekspertlərin, o cümlədən dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivlərinin müzakirə olunması, Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusunda təqdimatların keçirilməsi nəzərdə tutulur.
Tədbirin gündəliyinə işçi qrupun fəaliyyəti və məqsədləri, tarixi İpək Yolunun turizm potensialından istifadə, İpək Yolu təşəbbüsü üzrə gənclərin və tələbələrin mübadiləsi proqramları, üzv ölkələr arasında müştərək turizm paketlərinin yaradılması, birgə brendinq və təbliğat təşəbbüsləri, eləcə də İƏT-in İpək Yolu üzrə onlayn platforması və illik forumunun təşkili, üzv ölkələrdə İpək Yolu irsinin qorunması, bu irsin turizmin davamlı inkişafında əhəmiyyəti və digər məsələlərin müzakirəsi daxil edilib.
Görüşdə Azərbaycanda İpək Yolu turizminin inkişaf konsepsiyası, Azərbaycanda İpək Yolu üzrə qastronomik təcrübələr, həmçinin Azərbaycan və Özbəkistan arasında cari ilin aprelində imzalanmış “İpək Yolu turizmi sahəsində Anlaşma Memorandumu”nda nəzərdə tutulan tədbirlər haqqında təqdimatlar keçirilib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının İpək Yolu üzrə İşçi Qrupu fevralın 24-27-də İqtisadi Əməkdaşlıq Təşkilatının İran İslam Respublikasının Tehran şəhərində təşkil edilən Turizm Komitəsinin toplantısı çərçivəsində yaradılıb.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









