
Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək.
Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









