Strategiya.az saytının əməkdaşının İnsan hüquqları XXI əsr -Azərbaycan fondunun prezidenti, AVCİYA-nın eksperti, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin Türkiyə üzrə məsul şəxsi Şahin Camalovla müsahibəsi
Şahin müəllim, salam. Bildiyimiz qədər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılmışdır. Hal-hazırda petisiyaya səsvermə yüksək həyacanla davam edir. Petisiya barədə, onun yaranması ideyası ilə bağlı nə deyə bilərsiniz?
Öncə minnətdarlığımı bildirmək istəyirəm. Ümummilli layihəyə, Qarabağ uğrunda aparılan mübarizəyə bu qədər diqqət göstərməyiniz əlbəttə ki alqışlanmalıdır. O ki qaldı petisiya layihəsinə bu layihənin mahiyyəti Ermənistanı bütün dünyaya ifşa etmək, işğal faktına, baş verəbiləcək dəhşətli faciəyə və əsas da son 25 ildə beynəlxalq təşkilatlarda əldə olunmş ən böyük nailiyyətlərimizdən olan 2085 saylı AŞPA qətnaməsinə diqqət çəkməkdir. Hansı ki, bu qətnamə Ermənistan dövlətini birbaşa işğalçı adlandırır, Dağlıq Qarabağ və işğal olunmuş digər rayonların işğaldan azad olunması tələbini və Sərsəng su anbarında baş verəcək istənilən qəzanın və yaranacaq böyük fəlakətin məsuliyyətinin Ermənistan dövlətinə aid olduğu açıq və qətiyyətli şəkildə bəyan olunur. Təbii ki, belə bir qətnamənin və onun əsas müddəalarından olan Ermənistan dövlətinin işğalçı olması faktını və başverəcək böyük fəlakətin məsuliyyətinin Ermənistan dövlətində olmasını bütün dünyaya çatdırılması vacib idi və dəyərli millət vəkilimiz, AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası və rəhbərliyi ilə Obama Adminstrasiyasına petisiya ilə müraciət etdik və hal-hazırda da bildiyiniz kimi səsvermə uğurla davam etməkdədir.
Şahin müəllim, bildiyimiz qədər Siz layihənin Türkiyə hissəsindən məsul idiniz və qardaş Türkiyədə də petisiyanın imzalanması prosesi barədə nə deyə bilərsiniz. Proses kifayət qədər uğurla gedirmi?
Petisiyanın Ağ evin internet səhifəsində yerləşdirilməsinin ardından Türkiyəli qardaşlarımız kampaniyamıza aktiv qoşuldular. Qeyd edim ki, bu proses müddətində təxminən bir aya yaxın dövrdə Türkiyədə ezamiyyətdə olmuşam və Türkiyədəki tərəfdaşlarımızla birlikdə gözəl bir kompaniya təşkil etmək üçün birlikdə çalışmışıq. İlk əvvəl Türkiyədən olan tərəfdaşlarımızın da köməyi ilə AVCİYA-nın məxsusi Türkiyə üçün nəzərdə tutduğu www.isgaledurde.com internet portalını, İŞQALE DUR DE konsepsiyasının logosunu yaratdıq və kampaniyamıza başladıq.
Prosesdə həm ayrı-ayrı vətəndaşlardan, həm də siyasi partiya olaraq xüsusi ilə Ədalət və İnkişaf Partiyasından, ictimai təşkilatlardan, universitetlərdən, müxtəlif idman klublarından, tanınmış idmançılardan, ictimai-siyasi xadimlərdən, müğənnilərdən və millət vəkilərindən ciddi dəstək aldıq və bu dəstək hələ də davam etməkdədir.
Türkiyədə fəaliyyətə başladığımız ilk gündən Ədalət və İnkişaf Partiyasına etdiyimiz müraciət yüksək qiymətləndirildi və onlarda prosesə aktiv qoşuldular. Ədalət və İnkişaf Partiyasının yerli özünüidarəetmə orqanları ilə iş departamenti, vətəndaş cəmiyyəti və ictimaiyyətlə əlaqələr departamenti, qadın məsələləri departamenti, gənclər departamenti, xarici əlaqələr departamenti çox ciddi dəstək göstərdilər və bu dəstək hələ də davam etməkdədir. Bizim ədalətin bərqərar olunması və ermənistanı ifşa etmək yolunda həyata keçirdiyimiz bu kampaniyada yanımızda olduqları üçün, dəstəklərini əsirgəmədikləri üçün Ədalət və İnkişaf partiyası Partiya Təşkilatlarından məsul sədr müavini və İstanbul millət vəkili Mustafa Ataş bəyə, Ədalət və İnkişaf partiyasının sədr müavini, xarici əlaqələrdən məsul millət vəkili Fatma Betul Sayan xanıma, millət vəkili, Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bəyə, Ədalət və İnkişaf partiyası İstanbul millət vəkili Metin Külünk bəyə, Ədalət və İnkişaf partiyası Yerli özünüidarəetmə orqanlarından məsul sədr müavini və Kayseri millət vəkili Mehmet Özhaseki bəyə AVCİYA adından sonsuz minnətdarlığımızı bildirmək istərdim.
Qeyd etdiyim kimi ictimai təşkilatlardan gələn dəstəklər də çox əhəmiyyətli olmuşdur. Xüsusi ilə həmkarlar ittifaqlarından – Məmur-SEN, Hak-İŞ, Türk-İŞ, Gənc Məmur-Sen, TADEFF (Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası), Diyanet-SEN kimi quruluşlardan əhəmiyyətli dəstək aldıq. Burdan həmin quruluşlara minntədarlığımı bildirmək istərdim. Qeyd etmək istərdim ki, bu quruluşlar nəinki dəstəklərini ifadə edirdilər, hətta, Türkiyənin müxtəlif şəhər və rayonlarında posterlər, stendlər qurmağla, flayerlər paylamaqla insanları maariflərndirərək
kampaniyaya aktiv dəstək göstərmişlər. Bunun üçün də şəxsən Türk-İş Gənəl Başqanı Ergün Atalaya, Türkiye Kamu-Sen gənəl başganı İsmail Koncuka, gənəl mevzuat katibi ve Türk Enerji-Sen gənəl başqanı Mehmet Özerə, Məmur-SEN başqanı Ali Yalçın bəyə AVCİYA adından təşəkkür etmək istərdim.
Bu kampaniya ya Türkiyə bələdiyyələri də aktiv qoşuldular. Xüsusi ilə vurğulamaq istəyərdim ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Menderes Türel, Gaziantep belediyye sədri Fatma Şahin xanım sosial şəbəkələrdən vətəndaşlara səslənməklə yanaşı, rəhbərlik etdikləri şəhərlərdə kampaniyamıza məxsus stendlərin, posterlərin qurulmasını təşkil etmişlərdir.
Apardığımız danışıqlar və həyata keçirdiyimiz çoxsaylı görüşlərin nəticəsidir ki, Türkiyəli ictimai-siyasi xadimlərdən, məşhur müğənni və idmançılardan, idman klublarından ciddi dəstəklər gəlmişdir. Bunlardan Azərbaycan ictimaiyyətinin də yaxından tanıdığı teleaparıcı, TV8 telekanalının rəhbəri Acun Ilıcalını, Barselona futbol klubunun və Türkiyə Milli yığma komandasının ulduz oyunçusu Arda Turanı, müğənnilər Murat Boz, Alişan, Uğur İşılak, Demet Akalın, Hadisə Açıkgöz, məşhur teleaparıcılar Yavuz Seçkini, Yusuf Kaplanı, radioaparıcısı Ertem Şenəri, aktyorlar Tolgahan Sayışmanı, Murat Yıldırımı, Şafak Sezəri, Hakimler ve Prokurorlar ali şurasının üzvü Ramazan Kayanı, məşhurlardan işadamı Sedat Pekeri, Galatasaray, Fənərbaxça, Beşiktaş kimi məşhur futbol klublarını, Sabah, Star, Akşam, yeni AKİT qəzetlərini, Gazetaalanya.com, Memurlar.net, mygazete.com internet portallarını, Türk Dünyasının ən çox izlənən “Diriliş Ərtuğrul” teleserialını qeyd etmək istərdim. Onlar öz rəsmi tvitter hesablarından pərəstişkarlarına səslənərək kampaniyamıza dəstəyə çağırmışlar. Kanal 7, TRT1, TRT xəbər, A xəbər kimi Telekanallar mütəmadi məlumatlandırıcı xəbərlər və video materiallar yaymaqla Türkiyə cəmiyyətini kampaniyamıza dəstəyə səsləmişlər.
Mən həmçinin əslən Azərbacanlı olan Girəsun Universitetinin rektoru, Qarabağlı bir ailənin övladı Aygün Attara AVCİYA adından sonsuz minntədarlığımı bildirmək istərdim. O öz rəhbərlik etdiyi universitetlə bərabər digər türk dünyası ölkələrində yerləşən və əməkdaşlıq etdikləri universitetlərdə də kampaniyamızı yayaraq dəstəyini əsirgəməmişdir.
Mən xüsusi ilə qeyd etmək istəyirəm ki, hər il Türkiyədə coşquyla keçirilən 1 may işçi bayramı zamanı da demək olar ki, Türkiyənin bütün şəhərlərində meydanlarda müxtəlif həmkarlar ittifaqlarının dəstəyi ilə kampaniyamıza dair anonslar edilib, maarifləndirici bukletlər, flayerlər paylanmışdır.
Bütün qeyd etdiklərim əslində qardaş Türkiyədən gələn dəstəyin bir hissəsidir. Türkiyədə olarkən hara getdik, hansı quruma müraciət etdik diqqətlə dinlənildik, dəstəklərini aldıq. Hətta Azərbaycandan gəldiyimizi bilən sadə insanlar belə bizi sevgi ilə qarşılayır, bu yolda yanımızda olduqlarını, sona qədər dəstəklədiklərini bildirirdilər. Türkiyədə həyata keçirdiyimiz dəstək kompaniyasının əsas devizinin “kardeshine sahib çık, bir imza da sən at” olması da məhz bu sevginin, qardaşlığın göstəricisidir. Əsl qardaşlıq budur məncə.
Mən bu prosesdə səsimizə səs verən, kampaniyamıza dəstək göstərən hər kəsə şəxsən öz adımdan və təşkilatımız adından birdaha minnətdarlıq etmək istəyirəm. Hər bir səs bizim üçün çox əhəmiyətlidir və səsimizə güc qatmaq üçün çalışan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirik.
Unutmayaq ki səsvermə hələ də davam edir və bu prosesdə hərkəsdən aktiv olmağı xahiş edirik.
http://az.strategiya.az/index.php?do=xeber&id=57309