Şamaxının millət vəkili Elxan Süleymanov sentyabrın 12-də Şamaxı şəhərində bu il yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüşüb.
Görüş zamanı millət vəkili tələbə adı qazanmış gəncləri təbrik edib, onlara öz tövsiyələrini çatdırıb. Qeyd edək ki, bu il Şamaxı tam orta məktəblərinin 18 məzunu 600-dən çox bal toplayaraq ölkənin nüfuzlu ali məktəblərinə daxil olub. Bu məzunların üçü TNTTF liseyinin, ikisi Avropa liseyinin, ikisi şəhər 3 saylı, ikisi Göylər kənd 1 saylı, qalanları isə şəhər 2, 6 və 9 saylı, Şəhriyar qəsəbə, Çaylı, Nağaraxana, Muğanlı, Məlhəm və Göylər kənd 2 saylı tam orta məktəblərinin məzunlarıdır.
600-dən çox bal toplayan məzunlar Azərbaycan Dövlət Tibb Universitetinə (Elnur Qasımov, Sitarə Məmmədova, Anar Dünyamalıyev, Brilyant Hacıyeva, Ayşən Mahmudova, Cavanşir Eminli), Bakı Dövlət Universitetinə (Əziz Cəbiyev, Aişə Manafova, Narıngül Məlikova, Günel Həsənova), Azərbaycan Dövlət Dillər Universitetinə (Vaqif Fətullayev, Şəfəq Rəhimova, Süleyman Abdurahmanov), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (Elvira Abdullayeva), Bakı Ali Neft Məktəbinə (Natiq Babayev), Azərbaycan Dövlət İqtisad Universitetinə (Zərifə Babayeva), Bakı Mühəndislik Universitetinə (Sevinc Bağırova), Xəzər Universitetinə (Əli Abdurahmanov) qəbul olunublar.
Görüşün sonunda yeni tələbə adı qazananlara hədiyyələr təqdim olunub və xatirə foto-şəkli çəkdirilib.

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









