Dekabrın 11-də Şamaxının millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında “Azərbaycan tarixində soyqırımlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Şamaxı Dövlət Regional Kollecinin tələbələri iştirak edib.
Millət məkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev ermənilərin tarix boyu (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) davam edən ərazi iddiaları və azərbaycanlılara qarşı yeritdikləri soyqırım və deportasiya siyasətindən geniş danışıb. Natiq ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanın ermənilər tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilməsi baxımından əhəmiyyətindən bəhs edib. Tələbələrə millət vəkili Elxan Süleymanovun ideya müəllifi olduğu və dəstəyi ilə çap edilən “Şamaxı soyqırımı 1918”, “Xocalı soyqırımı 1992”, “Qaradağlı faciəsi”, “Xocalı yaddaşı”, “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)”, “Samir, Nazim, Elşən” və s. kitablar barəsində, eləcə də “1905.az” portalı haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçılarına “1905.az” və “elkhan-suleymanov.az” saytlarının nəşri olan kitablar və digər hədiyyələr təqdim olunub. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









