… Rusiya Qafqazı 1826-cı ildə özünə birləşdirməyə başlayıb. O dövrün rus sənədlərinə görə Qarabağda 90 min nəfər yaşayırdı. Orada bir böyük şəhər, 600 kənd vardı və onlardan yalnız 150-də ermənilər məskunlaşmışdılar. On doqquzuncu əsrin sonlarında isə yerli sakinlərin oradan zorla köçürülməsindən sonra ermənilər həmin ərazinin əsas sakinləri oldular.
1828-1830-cu illərdə rusların həmin əraziyə 130 mindən çox erməni köçürməsi və onlara yerlilərin evi və torpaqlarının verilməsində əsas səbəb onların Rusiya imperiyasını dəstəkləyəcəklərini bilmələri idi.
1907-1912-ci illər arasında ruslar yarım milyon nəfərdən çox erməniyə İrandan və Osmanlı imperiyasının digər ərazilərindən əhalinin əksəriyyətini müsəlman-azərbaycanlılar təşkil edən Qars, İrəvan və Yelizavetpol ərazilərinə köçmələrinə yardım etdi. Bu aksiya qəsdən düşünülmüşdü və etnik münasibətlərdə gərginliyi ratırmaq və bununla da regionda özlərinin hökmranlığını möhkəmləndirmək və genişləndirmək məqsədi daşıyırdı. Başqa sözlə, ruslar öz geopolitik maraqları naminə Qafqazda demoqrafik dəyişikliklər etmişdilər…
Samuel Vimsin “Ermənistan: böyük hiylə – terrorçu xristian dövlətinin sirləri”, (St.Johns Press, 2002) kitabından