Sabah Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçiləcək.
Bu ölkənin prezidentliyinə iddialı şəxsin ən azı 35 yaşı olmalıdır. Və ABŞ vətəndaşı olan bu şəxs ömrünün ən azı 14 ilini adıçəkilən ölkənin ərazisində keçirməldir.
40-cı prezident Ronald Reyqan 69 yaşında seçilib. O bu kürsü uğrunda mübarizədə qələbə qazana bilmiş ən yaşlı namizəd olub.
Demokrat və keçmiş dövlət katibi Hillari Klintonun da 69 yaşı var. O prezident seçilsə, Virciniya ştatının senatoru, 58 yaşlı Timoti Maykl Keyn vitse-prezident olacaq.
70 yaşlı milyarder Donald Tramp respublikaçıdır. O prezident seçilsə, İndiana ştatının qubernatoru, 57 yaşlı Maykl Riçard Pens vitse-prezident olacaq.
Nəticələri 5 noyabrda açıqlanmış IBD/TIPP sorğusu rəyi soruşulanların 44,2 faizinin demokratların namizədini dəstəklədiyini göstərir. Respublikaçı namizədin “aktiv”ində 43,7 faiz var.
REUTERS/IPSOS sorğularına əsasən demokratı rəyi soruşulanların 43, respublikaçıların namizədini isə 39 faizi dəstəkləyir.
Müştərək LA Times/USC Trasking sorğularında üstünlük Trampdadır. Ona respondentlərin 48 faizi səs verməyə hazırlaşır. Klinton 43 faizlə xeyli geridədir.
“O Klinton deyil.” Respublikaçıların namizədinə səs verməyə hazırlaşanların 33 faizi bu addımı bu səbəbdən atacaq.
“O Tramp deyil.” Bu da demokratların namizədinə səs verəcək seçicilərin 32 faizinin analoji səbəbi…
Antireytinqlər də kifayət qədər maraqlıdır. Economist/YouGov sorğusunun nəticələrinə əsasən amerikalıların 59 faizi Klintona, 58 faizi Trampa tənqidi yanaşır…
Əsas məsələ şübhə doğurmayan favoritin olmamasıdır.
Odur ki, gözlənilməz nəticələr də ola bilər.Trampın məğlub olacağı halda seçkilərin nəticələrin tanımayacağı haqqında səs-küylü bəyanatı və Klintonun yazışmalarının hələ də davam edən araşdırması üçüncü şəxsin prezident olma ehtimalını gündəmə gətirib.
Antireytinqlərə diqqət yetirək. Economist/YouGov sorğusunun nəticələrinə əsasən amerikalıların 59 faizi Klintona, 58 faizi Trampa tənqidi yanaşır…
Noyabrın 8-də Konqresin nümayəndələr palatasına da seçkilər keçiriləcək. 435 yer uğrunda mübarizə aparılacaq. Senatdakı 34 yerin taleyi də həll olunmalıdır. Üstəlik, 12 ştatda qubernator seçkiləri baş tutacaq.
Amma ən əsas hadisə 45-ci ABŞ prezidentinin müəyyənləşəcəyi 58-ci prezident seçkiləridir…
2000-ci il seçkilərində respublikaçı Corc Buş demokrat Albert Qora qalib gəlmişdi.
Xatırlayırsınızmı?
Florida ştatında yaşananları deyirəm.
Fuad Babayev