
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub. Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəmizə səfər edəcəyi təqdirdə Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.
Papa Leo isə ölkəmizə səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









