Sloveniya Prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Mərkəzin İdarə Heyətinin üzvü – Gürcüstanın sabiq Baş nazirinin müavini, sabiq xarici işlər naziri Eka Tkeşalaşvili, Baş katib Rövşən Muradov və Baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.
Görüş zamanı Mərkəzin regional və qlobal miqyasda həyata keçirdiyi layihələr, Ukraynadakı hadisələrin yaratdığı qaçqın böhranı və onun doğura biləcəyi fəsadlar barədə müzakirələr aparılıb.
Borut Pahor IX Qlobal Bakı Forumuna dəvət edilib. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi platformaya çevrildiyi vurğulanıb.
Sloveniya Prezidenti Borut Pahora Mərkəzin həmsədri Vayra Vike-Freiberganın müəllifi olduğu “Nizami Gəncəvinin Yeddi Gözəli və ədəbiyyatdan digər esselər” kitabı və “Qələmin sehri Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabı təqdim olunub.
Qeyd edək ki, Mərkəzin nümayəndələri daha əvvəlRumıniya, Moldova, Polşada səfərdə olublar.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









