Son 2 ayda Azərbaycanda 1500-dən çox partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Tərtər rayonu
Şıxarx kəndi – 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 29 000 kv.m ərazi yoxlanılıb.
Cəmilli kəndi – 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib və 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Zəngişalı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.
Çəmənli kəndi – 1 əkin sahəsində 18 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 15 000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1710 kv.m ərazi yoxlanılıb.
İyunun 7-də 5 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 31 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 61 710 kv. m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 7 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 585 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 507 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
trend.az