Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 28 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 293 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 220 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 826, bu günə qədər isə ümumilikdə 6 milyon 739 min 8 test icra olunub.