
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 516 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 140 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 297, bu günə qədər isə ümumilikdə 6 milyon 769 min 897 test icra olunub.