
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 25 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 10 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 164 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 130 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2312, bu günə qədər isə ümumilikdə 6 milyon 938 min 655 test icra olunub.