Türkiyə və Azərbaycanın da üzv olduğu Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun (BRAF) 2015-ci ildəki altıncı illik iclası Ermənistanda keçiriləcək.
Bu barədə Türkiyə radio ve televiziya yüksək şurasının internet səhifəsində yer alan xəbərdə bildirilir. Xəbərə görə, bu ilin sentyabr ayında Bakıda keçirilən beşinci illik toplantıda belə bir qərar alınıb ki, BRAF-ın 2015-ci ildə nəzərdə tutulan altıncı illik toplantısına ev sahibliyini Ermənistan milli radio ve televiziya şurası edəcək. Bu xəbər Türkiyə ictimaiyyətində səs-küyə səbəb olub. BRAF-ın Ermənistan toplantısının məhz 2015-ci ildə uydurma erməni soyqırımı iddialarının 100-cü ildönümünə təsadüf etməsi ermənilərə dəstək şəklində qiymətləndirilib.
Belə ki, Ermənistan erməni soyqırımı iddialarının 100-cü ildönümünə görə beynəlxalq toplantıları Ermənistanda keçirmək və bunu təbliğ etmək üçün məqsədyönlü fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, belə olduğu halda Türkiyə radio ve televiziya yüksək şurasının üzvü Həmid Ersoyun baş katibi olduğu bir qurumun 6-cı iclasının Ermənistanda keçirilməsi rüsvayçılıqdır. “Ermənistan bu toplantıdan öz təbliğatı və uydurma erməni soyqırımı iddiaları üçün istifadə etməyə çalışacaqdır. Düşünülmədən və Türkiyə Respublikasının həssaslığı nəzərə alınmadan qəbul edilən bir qərardır”,- deyə Türk tarih kurumunun keçmiş sədri, MHP millət vəkili Yusuf Halaçoğlu bildiirb. BRAF baş katibi Hamid Ersoy bu qurumu özünün təsis etdiyini bildirərək iclasın Ermənistanda keçririlməsinin elə də əhəmiyyətli olmadığını qeyd edib. Onun fikrincə, Ermənistan, soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirləri aprel ayında keçirəcək. Aprel ayından sonra gərginlik azalacaq, biz toplantımızı oktyabr ayında keçirəcəyik. Bizim toplantılarda siyasət olmaz, texniki xarakterli bir toplatıdır.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yayım tənzimləyici orqanları 2008-ci ilin iyununda qurumun İstanbuldakı baş qərargahında toplanıb və burada Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun yaradılmasını elan edən birgə bəyannamə qəbul edilib.
Gələcək əməkdaşlığın və yayım sektorunda əsas məsələlərin müzakirəsi üçün hər il Forumun bir üzvünün dəvəti ilə iclas keçirir.