
Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” (“Endless Corridor”) müstəqil sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.
Anım gecəsi haqqında məlumat dünyanın 231 qlobal saytında – informasiya, mədəniyyət və biznes xəbərlərində, o cümlədən 76 milyondan artıq gündəlik oxucu auditoriyasının izlədiyi Yahoo Finance, Dow Jones Marketwatch, ABŞ-ın ümummilli televiziya kanalı CNBC, Boston Globe, The Street, International Business Times, Almaniyadakı Der Tagesspiegel and Wallstreet:Online, Fransanın ADVFN, İsveçin Gartoft kimi nüfuzlu internet resursları tərəfindən yayılıb. Statistik nəticələrə görə, təqdimat haqqında informasiyanı 90 milyondan artıq internet istifadəçisi oxuyub.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








