Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Böyük Palatasında Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçək ilə İsveçrə hökumətinin uydurma “erməni soyqırımı” məsəsləsi ilə bağlı apellyasiya məhkəməsi keçirilir. 17 hakimin iştirakı ilə keçirilən tarixi məhkəməyə Türkiyə, Ermənistan və İsveçrə ilə yanaşı Fransa da daxil olub. Bundan başqa 8 türk və erməni qeyri-hökumət təşkilatı da məhkəmə işində tərəf kimi iştirak edirlər. Türkiyədən iqtidar və müxalifət partiyasından bəzi millətvəkilləri, keçmiş millət vəkilləri, istefada olan diplomatlar, hərbçilər, tanınmış jurnalistlər bu məhkəmə prosesini izləyirlər. Bəzi məlumatlara görə dinləmədə Ermənistan tərəfdən prokuror Qevorq Kostanyan, Emil Babayan və ədalət nazirinin müavini Arman Tatoyan iştirak edəcək. Bundan başqa beynəlxalq səviyyədə tanınmış vəkillər – Geoffrey Robertson, məşhur aktyor Corc Kluninin həyat yoldaşı Amal Ramzi Kluni də Avropa məhkəməsində Ermənistanın mövqeyini müdafiə edir. Ermənistanı təmsil edən 6 vəkilin məhkəməyə müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, “erməni soyqırımı” iddialarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsinin koordinatoru, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 2005-ci ildə İsveçrədə iştirak etdiyi üç müxtəlif toplatıda “Erməni soyqırımı beynəlxalq yalandır” mövzülu çıxışlar edib. Qeyd edək ki, 2005-ci ildə İsveçrədə “Erməni soyqırımının inkarını qadağan edən qanun” qəbul edilib. Lozanna şəhərində mitinqdə dediyi “Erməni soyqırımı beynəlxalq yalandır!” – sözlərinə görə polis nəzarətinə alınan Perinçək Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılıb, daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəz edilib. 2008-ci ilin iyununda Doğu Perinçəkin vəkili Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrəni Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Məhkəmə, Avropa İnsan Hüquqları Müqaviləsinin söz və ifadə azadlığı ilə əlaqədar 10-cu maddəsinin pozulduğuna qərar verərək 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edib.2014-cü ilin martında İsveçrə hökuməti Erməni diaspora təşkilatlarının təzyiqi ilə AİHM qərarından apellyasiya şikayəti verib. Ən tezi 2 aydan sonra açıqlanması gözlənilən AİHM Böyük Palatasının hökmü qətidir və ondan heç bir şikayət verilə bilməz.
1905.az










 
         
         
        






 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

