Şuşa Dövlət Musiqili Dram Teatrı Qarabağ Universitetində Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Həftəsi çərçivəsində təqdim olunan tamaşa 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Kompozisiya Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov və digər tanınmış aktyorların ifasında Azərbaycan və Türkiyənin görkəmli şairlərinin vətənpərvər mövzuda şeirləri əsasında təşkil edilib.
Tamaşanın ssenari müəllifi teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, quruluşçu rejissoru isə Əməkdar artist Loğman Kərimovdur.