Qədim Şuşa artıq düşmən tapdağından azaddır və ora qayıdacağımız gün uzaqda deyil. Milli Tarix Muzeyinin Silahlar və Bayraqlar fondunun unikal kolleksiyaları arasında Şuşa qalasının açarı ən qiymətli eksponatlardan hesab olunur və xüsusi həssaslıqla qorunur.
Muzeyin müdiri Sevinc Vahabova deyir ki, tarixi keçmişimizi əks etdirən maddi-mədəniyyət nümunələri qorunub saxlanılmaqla yanaşı, mütamadi olaraq nümayiş etdirilir və gənc nəslə çatdırılır. Şuşa qalasının açarının çox maraqlı tarixi var. XVlll əsrin ortalarında Azərbaycanın qədim yurd yeri sayılan Şuşa özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarabağ xanı Pənahəli xan düşmən hücumlarından müdafiə olunmaq üçün daha etibarlı müdafiə istehkamlarının qurulmasını qərara alır. 1748-ci ildə “Bayat”, 1752-ci ildə “Şahbulaq” qalaları inşa olunur. Lakin müharibələr dövründə xanlığın ərazisini, eləcə də əhalini daha yaxşı qorumaq üçün daha möhkəm qalaya ehtiyac duyulurdu. Bu məqsədlə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yamacında Şuşa qalası tikilir. Bu açar məhz həmin qalanın açarlarıdır.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









