Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.
Forum iyulun 21-dək davam edəcək.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









