İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 İyul – Milli Mətbuat Günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.
Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, eləcə də İİTKM-in əməkdaşları iştirak edirlər.
İki günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









