
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərində növbəti əmək yarmarkası keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarkada təhlükəsizlik üzrə qrup rəhbəri, bağban, komendant, elektrik və s. işlər üzrə vakansiyalar təqdim edilib. Sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumatlar verilib.
Müraciət edənlərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.