Şuşa şəhərində SOCAR brendli ilk stasionar yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni yanacaqdoldurma stansiyasının açılış mərasimində “SOCAR Petroleum” QSC-nin rəhbər heyəti və qonaqlar iştirak ediblər. Tədbirdə xüsusən son illər ərzində görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb. QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı fəaliyyətindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub.
Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 26 yeni iş yeri də yaradılıb.
Sürücülərin ən çox istifadə etdiyi yollardan olan Şuşa-Xankəndi-Laçın yolunda fəaliyyətə başlayan yeni YDS-də 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir. Eyni zamanda, elektrormobillər də nəzərə alınaraq stansiyada enerji doldurma məntəqəsi də istismara verilib. YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.
Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli 69 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









