İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin VIII iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində təşkilata üzv ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şərifov, Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu, Qırğız Respublikasının səfiri Kairat Osmanaliyev, YÖK Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti Erol Özvar iştirak edir.