
Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının bağlanış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun çıxışları gözlənilir.
Sonra qurultay sənədlərinin qəbulu və diaspor nümayəndələrinin təltifetmə mərasimi olacaq.
Qeyd edək ki, aprelin 22-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Qurultayda dünyanın 65 ölkəsindən 400-dən artıq diaspor nümayəndəsi iştirak edir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









