Fotoqraf Fərid Xayrulin Bakı şəhərində anadan olub. 1969-cu ildə Ulyanov-Lenin adına Qazan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə keçib, “Jurnalistika” peşəsi üzrə diplom alıb.1982-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1989-cu ildən SSRİ Fotorəssamlar İttifaqının İdarə Heyətinin üzvüdür.
1984-cü ildən “Azərinform” agentliyinin, o vaxt üçün SİTA-nın, Azərbaycan bölməsi üzrə fotojurnalisti vəzifəsində çalışıb. Fərid Xayrulin Dağlıq Qarabağ hadisələrilə Bakıda icazəsiz mitinqlərlə bağlı müxtəlif mövzuları işıqlandırıb. Amma informasiya blokadası şəraitində bütün bu materiallar ancaq xarici mətbuatda dərc olunub. Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə-AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.
“Qızıl Arqus” mükafatının və eləcə də, çoxsaylı respublika və xarici sərgilərin mükafatlarının daşıyıcısıdır. 21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.





































Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









