1905.az portalının suallarını taekvondo üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva cavablandırır.
– Təranə xanım, tez-tez eşidirik ki, kollektiv idman növlərində xüsusi uğur qazana bilməməyimizin kökündə bizimkilərin ifrat fərdiyyətçiliyi dayanır. Bu belədirmi, Siz bilən?
– Əslində bu suala bir mənalı yanaşmaq düzgün deyil. Dediyinizdə həqiqət var idman statistikasına baxsaq görərik ki, bizim fərdi idman növlərində uğurlarımız daha çoxdur. Səbələrdən buru elə məhz birliyə meyilli olmamağımızdır. Daima çalışırıq özümüz üçün edək. Mənim olsun prinsipi ilə yaşadığımızdan kollektiv idmanda da “mən etməliyəm, mən qalib gəlməliyəm” düşüncəsi ilə hərəkət edilir ki, bu da komandanı parçalayır və sonda məğlubiyyət qismətimiz olur. Mənsə deyərdim ki , kollektiv idman növlərinin çoxu bizim üçün yeni olduğundan tezliklə böyük uğur gözləmək olmaz. Yaxın gələcəkdə çatışmamazlıqlar aradan qaldırılarsa o zaman uğur gözləmək olar. Xüsusilə MƏN düşüncəsi beyinlərdən silinərsə qələbəyə doğru gedə bilərik. Ən çox da futbolda buna rast gəlmək olur. Məncə bizdə futbol idman növü yoxdur və sadəcə dünyadan geri qalmamaq üçün yaradılan, amma nəticə olmadıqda söz-söhbətlər və şoularla gündəmdə qalan idman növüdür. Bu gedişlə bizdə bu idman növünün inkişafına illər lazımdır .
– Döyüş idman növlərindəki uğurlarımız necə döyüşkənliyimizlə izah olunur, yoxsa fərdiyyətçiliyimizlə?
– Döyüş idman növlərində daima qalib gəlməyimizin bir sirri var , bizim tarix boyu torpaqlatımız düşmən hücumuna məruz qaldığından daima mübarizə aparıb torpaqlarımızı qorumuşuq. Bizim qanımızda mübarizlik ,döyüşkənlik var deyə bu idman növlərində qələbə qazanmağa çətinlik çəkmirik. Və bir məsələ də, ifrat fərdiyyətçilik məsələsi də var. Mən qalib gəlim, mənim uğurum olsun, hamıdan seçilim düşüncəsi. Bu məsələdə hər ikisi var deyə qalib gəlmə şansımız çoxalır. Şöhrətpərəstliyi də səpsək bu məsələnin üstünə daha “dadlı” olur.
– Bəzən gənclərimizdə cavanlara xas olan maksimalizmlə, öz imkanlarını yüksək qiymətləndirmə ilə yanaşı tariximizə, işğal altında qalmış torpaqlarımıza qarşı açıq-açkar sezilən laqeydliyə rast gəlirik. Bunun kökündə nə dayanır?
– Bu məqam məni həmişə düşündürür. Gənclərin bəziləri az qala Qarabağ haqqında yalnız matəm günləri metbuatda yazılanlar və TV-lərdə göstəriləndə yad edirlər. Bunun kökündə çox məsələ var. Gənclərin avropalaşması. Yox, yox tək geyimlə deyil, düşüncə ilə. Müxtəlif dini qurumların gəncləri öz oyunlarının qurbanı etməsi. Bu da parçalanma yaradır. Bunları nəzərə alsaq mütləq şəkildə gənclər arasında təbliğat vətənpərvərlik ruhunu qaldıran daha çox layihələrin keçirilməsi vacibdir.
– İnsanlarımızda döyüşkən ruhu tərbiyə etmək üçün idmanın imkanlarından istifadə ilə hansı nəticələri ortaya qoymaq olar?
– Gözəl sualdır. Məhz bu haqda məqalə hazırlayıram. İdman insanda iradəni möhkəmlədir, insanın nəyə qadir olduğunu özünə bildirir. Bir sözlə idman insanın nəyə qadir olduğunu özünə tanıdır. Bax bu bizim gənclərin döyüşkən ruhlu böyüməsinə və gələcəyin əsgəri olarkən artıq hazırlıqlı bir əsgər olmasına gətirib çıxarır. Bir sözlə bu günün idmançısı sabahın vətənpərvər övladıdır. Həm unutmayaq idmançı yarışlarda qələbəni özü üçün yox dövləti üçün , vətəni üçün qazanır. Qalib olarkən ölkəsinin bayrağın göydə dalğalandırır. Bu cür hislər yaşayan insan təbii ki, vətənpərvər övlad olacaq. Bu da idmanın köməyi.
– İşlə, yaradıcılıqla bağlı hansı planlarınızı portalımızın oxucuları ilə bılüşmək istərdiniz?
– Bildiyiniz kimi mən idmançı , hakim olmaqla yanaşı həm də idman təşkilatının sədriyəm. Təşkilat olaraq idmanla bağlı bir çox layihələrimiz olacaq. Məqsəd gənclərimizin idmana marağını artırmaqdır. İstəyən bizə qoşula bilər. Kim bilir bəlkə təşəbbüsümüz nəticəsində idmanımıza Avropa, dünya və ya olimpiya çempionu gətirdik. Hər işimiz vətənimiz, dövlətimiz üçündür.
-Sizə uğurlar arzulayıram.
-Sağ olun.
Fuad Babayev
1905.az