
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Adil Əfəndiyevin şəxsi əşyaları təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidin əşyaları muzeyin fond müdiri Esmira Rəhimovanın vasitəsilə muzeyə təqdim olunub.
Şəhid həkim, leytenant Adil Əfəndiyev 1995-ci ildə Qazax şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. 2018-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin həkimi olaraq çalışıb. 2020-ci il oktyabrın 17-də cəbhə bölgəsinə yollanıb. Oktyabrın 22-də Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə yaralı komandirini döyüş bölgəsindən çıxarıb, öz vəzifəsini yerinə yetirərkən şəhid olub. Qazaxda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın alınmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









