Görkəmli Azərbaycan alimi, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı Moskvada nəşr olunub. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşrə hazırlanıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətləri üzə çıxarılmaqla yanaşı, ciddi elmi mübahisələrə səbəb olan bir sıra qaranlıq məqamlara aydınlıq gətirilir, hadisələr və tarixi şəxsiyyətlər elmi faktlar və arxiv sənədləri əsasında işıqlandırılır.
Əsərin rus dilinə tərcüməçisi Püstə Axundova, mətnlərə dair şərh və qeydlərin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayev, redaktorları Nadiyə Qafarova və Fərrux Rzayevdir.
Kitab tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbədir.










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
