Türkiyə indiyədək olduğu kimi, bundan sonra da tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsasən haqlı mübarizəsində və torpaqlarının müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop bildirib.
“Biz bu coğrafiyada hər zaman davamlı sülhün tərəfdarı olmuşuq”, – deyən Sədr bildirib: “Biz ədalətə və hüquqa olan inamımızla Şərqi Aralıq dənizində yaranan gərginliyin də diplomatik yollarla həllinin tərəfdarıyıq. Yaşadığımız coğrafiyada davamlı sülhə nail olmaq üçün qətiyyətli mövqeyimizi qoruyacağıq”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









