Fevralın 8-də Diasporla İş Üzrə Dövlət Komitəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramına dair iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan azərbaycanlılarla işin təşkili istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın nə qədər qüdrətli bir dövlət olduğunu bilirlər.
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin sədr müavini Abdulhadi Turus, səfir Erkan Özoral, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin idarə rəisi Meiram İmanbayev və digərləri türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsi, diaspor fəaliyyətinin daha səmərəli təşkili istiqamətində fikirlərini bölüşüblər.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









