
Ötən il tikinti materiallarının istehsalının ümumi dəyəri 871,8 milyon manat olmaqla, 2020-ci illə müqayisədə 80,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti məhsullarının istehsalı 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8 faiz, tikinti gipsinin istehsalı 47,9 faiz, tikinti kərpicinin istehsalı 57,3 faiz, sementin istehsalı 6,3 faiz, tikinti əhənginin istehsalı isə 4,4 faiz artıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









