
(birinci yazı)
Azərbaycan paytaxtını “inhisar”a almış tıxaclardan şikayətlənməyən Bakı sakinini tapmaq çox çətindir.
Hamı narazıdır.
Az qala hər gün Bakıda, ixtiyari A nöqtəsindən ixtiyari B nöqtəsinə avtomobillə, ya da avtobusla çatma müddəti ilə bağlı yeni anti-rekordlar vurulur. Prosesin günlərin bir günü şəhərin tamamilə dayanacağı ilə nəticələnəcəyini proqnozlaşdıranlar da var.
Ədalət naminə deməliyik ki, insanlarımız təkcə bədbin proqnozlar vermilər. Yaranmış vəziyyətdən çıxış imkanlarının olduğuna inananlar da var.
Məsələn, bir müddət bundan əvvəl tanınmış hüquqşünas Ərşad Hüseynov sosial şəbəkədə diqqətçəkən bir status paylaşıb. Ərşad müəllim statusunda yazır ki, 3 günlük payız tətili zamanı Bakıda ciddi tıxaclara rast gəlməyib. Bu da onun gəldiyi qənaət: “Deməli, sadəcə uşaqların məktəb problemini həll edə bilsək, hər kəsin, xüsusən Bakı ətrafında məskunlaşan yüz minlərlə sakinin uşaqlarının yaxındakı məktəbə nəqliyyatsız gediş-gəlişini təmin edə bilsək, paytaxtın nəqliyyat yükü əhəmiyyətli dərəcədə azalar.”
Razılaşmamaq olmaz.
Dəyərli iqtisadçı Samir Əliyev də tıxac məsələsi ilə bağlı yazmışdı. Həmçinin maraqla oxudum. Samir müəllim tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verildiyini, bu təklilər sırasında Bakı metropoliteninin stansiyalarının sayının artırılması ilə bağlı təklifin də olduğunu yazır. Və sonra da qeyd edir ki, stansiyaların tikilmə sürətinə baxıb və dəhşətə gəlib.
55 yaşlı metromuzun cəmi 26 stansiyası var və və son 31 ildə cəmi 8 stansiya tikilib. Bu 8 stansiyanın da ikisi köməkçi stansiyalardır.
Samir müəllim həmçinin yazır ki, sovet dövründə tikilən metropoliten xətlərinin uzunluğu 25,8 km olduğu halda, müstəqillik dövründə bu göstərici 13 km olub. Hazırda xətlərin uzunluğu 38,8 km-dir.
Hə, statusunun sonunda Samir müəllim Dövlət proqramı çərçivəsində xeyli yeni stansiyanın tikilməli olduğunu bildirib. Stansiyaların sayı çatmalıdır 76-ya. Doğrudur, bunun nə zaman baş tutacağı deyəsən hamı üçün qaranliq məsələdir…
Bu məsələ mənə də şübhəli gəlir.
Və mənim heç bir təklifim yoxdur… Birdən xatırladım ki, Çexiyanın təqribən 79 min kvadrat kilometrlik ərazisi var. Ölkədə 11 milyon adam yaşayır. Paytaxt Praqanın əhalisi milyon yarımdan azdır…
Fuad Babayev
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









