19-cu əsrdə metropoliya burada yaşamaq üçün Türkiyə və İrandan minlərlə ailə köçürdükdən sonra İrəvan get-gedə erməni şəhəri oldu. Bunula belə, hələ 1870-ci illərdə burada cəmi 12 min nəfər yaşayırdı, başqa sözlə, hətta Şuşadan da kiçik idi. Və erməni qaçqınlar Bakıda iş axtarmağa üstünlük verirdilər. (Lourie, Yerevan’s Phenomenon, p. 177-178).
İrəvan yalnız növbəti, daha intensiv immiqrasiya dalğası sayəsində indiki kimi oldu…
1918-1920-ci illərdə İrəvan bir müddət müstəqilliyini qoruya bilən və Anadoludan qaçqın düşmüş yüz minlərlə erməninin yeganə sığınacağı olan Ermənistan dövlətinin paytaxtı oldu. 1920-ci ildə isə sovet Ermənistanının paytaxtı oldu. 1932-ci ildə İrəvana səfər üdən yəhudi yazıçısı Artur Kestlerə şəhər Fələstinin o vaxtkı yəhudi məskənlərini xatırladıb: “…əhalinin əksəriyyətini Türkiyədən, Avropa və Amerikadan olan qaçqın və immiqrantlar təşkil edirdi. Çox vaxt yolu keçəndən sınıq-salxaq rus dilində söz soruşanda mənə gözəl alman və ya fransız dilində cavab verirdilər…” (Koestler. The InvisibleWriting, р. 109).
…öz dövlətçiliyindən məhrum olan xalq bütün dünyaya yayılmışdı. Ermənistan Sovet Sosialist Respublikası məhz ermənilərin yeni vətəni olması üçün yaradılmışdı.
Tomas de Vaal