
Vaşinqton Ukraynadakı münaqişənin həlli ilə bağlı Moskva ilə əlaqə saxlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Müharibənin dayandırılması üçün əlimdən gələni edəcəyəm. Biz artıq müzakirələr aparırıq”, – deyə Tramp qeyd edib.
Amerika Prezidenti tərəflərin hansı səviyyədə təmasda olduğunu açıqlamayıb, müzakirələri “çox ciddi” adlandırıb.
Tramp bir daha Rusiya Prezidenti Vladimir Putinlə danışmağı gözlədiyini bildirib.
“Biz danışacağıq, vacib bir şey edə bilərik. Bu müharibəni bitirmək istəyirik”, – deyə o əlavə edib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









