“Mən Yer Kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, opdüm, təzim etdim – Tsexakrona çevrildim”.
Bu fikir Qaregin Njdeyə məxsusdur, o adama ki, bütün ömrü boyu türklərə qarşı vuruşub. Həm savaş meydanında , həm də ideoloji cəbhədə. Bütün həyatını Türkə və Türklüyə zərbə vurmağa xərcləyib. Bir hərəkat və bir də təlim yaradıb ki, bu işi tarix boyu davam etdirsinlər. Davam etdirilirmi? Birmənalı şəkildə deyə bilərik ki, bəli! Bu gün Njde və onun təlimi erməni ideologiyasının Türklüyə mübarizə qaynağıdır.
Kimdir bu şəxs? Bu qədər nifrət onda hardandır? Qaregin Njde 1866-cı ildə İrəvan quberniyasında anadan olub 1955-ci ildə Rusiyanın Vladimir şəhərindəki həbsxanada ölən bu adamı ermənilər nədən milli qəhrəman, milli ideoloq sayırlar? Bəlkə Tseğakrona görə?
sexakron – ermənicə iki sözün –“ցեղ”( irq) ve “կրոն”(din) kəlmələrinin birləşməsidir. Qaregin Njde (Qaregin Ter- Harutyunyan) tərəfindən ortaya atılan bu hərəkata Tsexakron, onun ideoloji təliminə isə Tsexakronutyun (tsexakronizm) adı verilmişdir. Ermənistan Respublikası bu təlimi əsas alaraq öz dövlət siysətini müəyyənləşdirir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır. O həm də ermənilərin ən məşhur tarixi şəxsiyyətlərindən biri hesab olunur.
Erməni milli şovinizmini əsrin ilk onilliklərində davam etdirdiyi siyasəti ayaqda tutmaq və onu bütün ermənilər yaşayan yerlərə çatdırmaq üçün belə bir təlimə ehtiyac var idi-qənaətindədi Ermənistan toplumu. Burada əsas məqsəd, Tsexakron ideologiyası çərçivəsidə guya erməni millətini, ana köklərindən uzaqlaşmaq təhlükəsi qarıisinda qalan Erməni diasporasını və xüsusilə gəncləri yenidən səfərbər edərək Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Garegin Njde önce savaş meydanında Türklərə divan tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur. İstədiyinə nail ola bilməyən (əslində ermənilər nə istəmişdilər onu artıqlaması ilə almışdılar) Nyde bu təlimi yaratmağanə zaman başalamışdır? 1922-ci ildə Təbrizdən dönərək Sofyaya yerləşmiş olan Njde Türklər əleyhinə ilk yazılarını da bu tarixdən başlayaraq nəşr etdirməyə başlamışdı. Məsələn, “Lernhayastanın ( Dağlıq Ermənistan ) Qəhrəman Müqaviməti” (Buxarest, 1923), “Gündəliyimdən səhifələr (Qahirə, 1924)”, “Övladlar atalarına qarşı mübarizəsi (Selanik, 1927)” və s. Kitablarında bu təlimin konturlarını müəyyən etmişdi. Həmin dövrdə və daha sonrakı illərdə Njde, daşnaklar tərəfindən buraxilan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə; tək məqsədi də xarici ölkələrə dağılmış ermənilərdə türklərə və Türkiyəyə qarşı genetik bir nifrət meydana gətirmək idi. Sonra Bolqarıstandan ABŞ-a gedərək bu təlimi yaymaqla məşğul olmuşdur. Bu “nəzəriyyə” ilə ermənilər irqçi Tsexakronunu faşizmə yaxınlaşdırırdı.
Erməni-faşist əməkdaşlığı
Nasistlərlə ermənilər, özəlliklə daşnaklar arasındakı əməkdaşlığın ideoloji zəmini 1930-cu illərdə qoyulmuşdu. Almaniyanın o zamankı İşğal Edilmiş Şərq Bölgələri naziri Alfred Rozenberq 1926-1936-cu illərdə Şərqşünaslıq İnstitutunun rəhbəri olan Dr. Artaşes Abegyana ermənilərin antropolojisini və tarixini araşdırmaq üçün bir komitə qurmağı tapşırmışdı. Təbii ki, bu fürsəti ermənilər əla dəyərləndirmişdilər. Dərhal hesabat verilmişdi ki, onlar almanlarla eyni irqdən gəlirlər. Komitənin 1934-cü ildədə qurulmasından beş ay sonra Rozenberq Hitlerə ermənilərin almanlarla eyni irqdən-ari irqdən gəldiyini göstərən bir hesabat təqdim etmişdi.
Bu arada faşist erməni gənclik təşkilatları da quruldu. Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı olan “Tsexakron” üzvlərindən ibarət döyüşçü qruplar yaradıldı. “Tsexakron” II Dünya Müharibəsi üçün dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırdı. Bir çox tarixçi, bu təşkilatı ermənilərin “Hitlerjugend” i olaraq xarakterizə etməsi çox doğrudur. Bu işdə almanlara yaxın olan ikinci bir qeyri-alman təşkilatı olmamışdı. I Dünya müharibəsi zamanı və ondan sonra Türkiyəyə qarşı döyüşən və müsəlman əhaliyə divan tutan general Drastamat Kanayan (Dro) da 15 dekabr 1942-ci ildə Erməni Milli Komitəsini qurdu. Komitənin məqsədi Avropadakı erməniləri Alman iqtidarı nəzdində təmsil etmək idi.
Bu komitə, II Dünya Müharibəsi zamanı ermənilərin SSRİ əleyhdarı və Alman tərəfdarı təbliğatının mərkəzi oldu. 1944-cü ilin fevralında Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı da qurulmuşdu.1943-cü ilin aprelin sonunda erməni hərbi qrup, müstəqil bir status qazandı. Qrupun başında olan Dronun köməkçisi Kuro (Nikolay Tarxanyan), qərargah rəisi isə Tiqran Bağdasaryan idi. Kəşfiyyat və təxribat hərəkətlərindən məsuliyyəti Misak Torlakyan öz boynuna götürmüşdü. AG-114 casus qrupu da daşnak Ermənistanının (1918-1920) ordusunun mənsublarından ibarət idi. Daşnakların nasistlərə əhəmiyyətli xidmətlərəndən biri də Sovet arxa cəbhəsində və işğal bölgələrində təbliğat fəaliyyətləriydi. Bu qrupların birinin başında məşhur daşnak lideri Seton Celalyan’ın SS zabiti olan oğlu Nikolay Gevorkyan (Doktor Sikorskiy, Gevorkov) dururdu. İşğal bölgələrində erməni əhalinin arasına agentlərini yerləşdirərək kəşfiyyat fəaliyyəti göstərirdilər. Almanlara görə ermənilər millət olaraq kəşfiyyatçılığı yaxşı bacarırdı. Bütün Qafqazda almanlar onların verdiyi məlumatlardan yararlanırdilar. Yəhudilərin aşkar edilməsində və almanlara təhvil verilməsində ermənilərin çox xidməti olmuşdu. Əsirləri də testdən keçirərək yəhudi olduğunu belə təsbit etmişlər. Özünü erməni olaraq təqdim edən və bununla ölümdən xilas olmaq istəyən yəhudi əsirə ermənicə kitab və ya İncili verərək gerçək milliyyətələrini öyrənir və onların erməni olmadığını və yəhudi olduğunu bildirirdilər.
“Dromedarçılar” (onlar, fədailər belə adlandırılırdı) yeni tip bir Alman uniforması geyirdilər. Silahları isə qarışıqdı. (Alman və Sovet istehsalı) Generalından əsgərinə qədər bu qrupda iştirak edən hər kəs, hərbi formasının sağ qolunda Daşnak Respublikasının üç rəngiylə “Armenien” yazısı olan bir gerb daşımaq məcburiyyətində idi. Əvvəllərdə daşnak legioner gerblərində
Ararat-Ağrı Dağı fiqurunu və ya Daşnak Ermənistanının dövlət simvolunu da istifadə edirdilər. Ermənilər üçün xüsusi məktəblər qurmuşdular. Bu məktəblərdə uşaqlara 3-cü Reyxin himayəsində qurulacaq “Böyük Ermənistan”ın təbliğatını aparırdılar. Erməni təşkilatı EMK üzvləri alman işğalı altında olan Krımda çox fəal idilər. Erməni Komitənin fəaliyyəti Krımın alman rəhbərliyi tərəfindən də dəstəklənirdi. Yalnız ermənilərin, almanlar və könüllülərin ailələrinin gedə biləcəyi kafelər, restoranlar açmışdılar, yalnız ermənilərin gedə bildiyi xəstəxanalar qurmuşdular.
Komitə, digər tərəfdən faşist -alman ordularının ehtiyacları və erməni könüllü birlikləri üçün erməni əhalidən kömək də toplayırdı. Bu sahədə heç bir problem olmurdu, çünki erməni əhali də almanları dəstəkləyirdi. Bu , onu gçstərirdi ki, ermənilər kim güclü isə onun yanında olmaq xasiyyətini dəyişməmişdilər. Dərhal təşkilatlanarak şeytanı belə müdafiə etmək bu millətin xarakterindən irəli gəldiyini yazan müəlliflər yanılmırlar. Krımda Daşnakların başında olduğu EMK-si “Azat Hayastan – Ազատ Հայաստան” ( Azad Ermənistan) və “Hay azq- Հայ ազգ” (Erməni milləti) adlı jurnallar çıxarmış, yarımadanın kişi əhalisini alman ordularının yanında döyüşməyə çağırmışdılar.
Nasyonal Sosialist təlim
Tsekkron bir Nasyonal Sosialist təlimdir və dünya ermənilərinin də türklərə və Türkiyəyə qarşı davranışlarının təməlində Garegin Nıjdenin düşüncələri yer alır. Erməni araşdırmaçı Smbat Hovhannisyan özünün “Tsexakronutyun və faşizm” ( “Սմբատ Հովհաննիսյան Ց Ե Ղ Ա Կ Ր Ո Ն ՈՒ Թ Յ ՈՒ Ն ԵՎ Ֆ Ա Շ Ի Զ Մ (Ի ր ա կ ա ն ու թ յ ու ն և կ ե ղ ծ ի ք) adlı məqaləsində bu təlimin faşizmlə mqayisə edərkən bu təlimin daha irqçi olduğunu önə sürür. Bu təlimi irqçi təlim olarq qiymətləndirənlər çoxdur. Ermənistandan kənarda bu məsələyə münasibət bildirilməmiş və təəssüf ki, bu mövzuya indiyəcən olan yanaşmalar ibtidai yanaşma səviyyəsində olmuş və erməni irqçiliyinin kökündə məhz bu təlimin durduğu açıq- söylənməmişdir.
Njdenin faşizmə simpatiyası bilinən bir gerçəkdir. O faşist Almaniyası ilə əməlli- başlı ilişki içərisində olmuş və ordu quraraq Sovet hökumətinə qarşı vuruşmuşdur. Bununla və digər məsələlərlə bağlı verəcəyimiz şərhlərdə bu açıqca görünəcəkdir ki, Njdenin təlimi irqçidir, insanlıq əleyhinə yönəldilmişdir. Öncə Njdeni tanımağa ehtiyac var.
Kim idi bu təlimi yaradan şəxs?
Qaregin Njde 20 yanvar 1866-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olmuş, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulmuşdur. Sonra İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktədbə təhsil alır, daha sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastatsinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə girir. Eyni vaxtda Qareqin Daşnaksütyuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədi ilə qəlir. Njde burada həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır.
Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştrak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir. Birinci Dünya müharibəsi başlayanda Rusiya imperiyasının Sofiyadakı səfirliyinə qələn Qareqin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın (Dro) başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georqi xaçı ilə təltif olunur.Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhpərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.
Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştrak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında qedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında Sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Meğri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda “Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, qırmızı ordunu əsas güvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.
Qareqin Njde özünü yaratdığı oyuncaq respublikanın “ali baş komandan”ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.
Qafqazdan qaçandan sonra Njde Bolqarıstana qəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür, burada o Tanderqyana, türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. Njde ABŞ-da “Tseqakron” hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlagələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.
1942-ci ildə general Dro (Draztamat Kanayan) ilə birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.
15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı “Erməni milli şurası”nın 7 üzvündən biri və “Azad Ermənistan” qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.
Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.
Sovet ordusu Bolqarıstana qirəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əkskəşviyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde Yerevana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada vəfat edir.
2004-ci ildə Ermənistanda, indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Garegin Njdenin Təlimi” kitabı hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. ( “Garegin Njde i eqo uçeniya” İzdatel, Respublikanskaya Partiya Armenii , Yerevan-2004)
Bu gün kasıb Ermənistanın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları), filmi “milli qəhrəman” Garegin Njde haqqında çəkilən film olmuşdur (2013-də nümayiş olunmağa başlamışdır). Burada ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njde 1930-cu illərdə “Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır və Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etmiş bir şəxsin film qəhrəmanı kimi nələr etdəyə maraq mövzusudur. . Bu faktlar filmdə heç göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu “fədakarlığı “ təmizə çıxarılır.
Türklərə nifrət təlimi
“Bizim bəlamız o deyildir ki, dünyada Türklər vardır, həm də odur ki, Türksevər Ermənilər vardır.” Gerçəkdən Ermənilər arasında türkseverler varmı? Demək çox çətindir. Türkiyədə orhan pamuklar çoxdur. Bizdə Əkrəm Əylisli adında birisi erməni heyranı olaraq peyda oldu. Amma Ermənistanda Türkə simpatiya bəsləyən bircə nəfər olsa, o, bu ölkədə yaşaya bilməz- həqiqətinə sığınaraq söyləmək mümkün ki, bu ölkədə türk yaşamırsa , demək xalqın söykəndiyi təlim faşist təlimdir. Çünki Njdenin ideologiyası bu gün bu ölkədə türkün yaşamasını mümkün etmir .
Dediyimiz kimi, Njde 1920-cu illərdən başlayaraq, 30-cu llərdə isə adıçəkilən təlimi önə sürməyə başlamışdı.1932-ci ildə Bolqarıstanda nəşr etdirdiyi “Soy Ruhunun Hərəkatı” adlı kitabı və daha sonra “Xrofk” jurnalında çıxan “Tsegakronutyun bir zəfər gücüdür” adlı məqaləsi ilə erməni nasional-sosializminin əsaslarını ortaya qoymuşdur.
1933-cü ildə Parisdə Daşnakların 12-ci Konqresi olmalıydı. Konqresə Njde tərəfindən təqdim edilən Erməni Diasporunun antitürk ruhunda olan sənədlər, bildirilər, təlimatları üç əsas prinsipi ehtiva edirdi :
1. Erməniliyin xaricdə funksional fəaliyyətini genişləndirərək onu Ermənistanı müdafiə etmək qabilyyəti durumuna gətirmək.
2. Erməni gəncliyinin partiyadan kənar fəaliyyətini gücləndirmək.
3. Bütün gücləri Türkiyəyə karşı bir cəbhəyə sövq etmək.
Bu tezisləri həyata geçirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABŞ-a göndərilmişdi. Artıq Njdeye iki vəzifə verilmişdi, qısa müddət içərisində o Amerika Birləşmiş Ştatlarında Tsexakron hərəkatını yaratmalı idi. Bundan başqa ona başqa bir tapşırıq da verilmişdi. Erməni terrorçu Kopernik Tandırçyanla birlikdə Türkiyənin ABŞ-dakı səfiri Muxtar bəyə sui-qəsd etməli idi.
Tsexakron təlimi aşağıdakı kimi inşa edilir: “Mən öz Soyumu (tsex) bilirəm, mən öz nəslimə güvənirəm, mənim soyum Allaha daha yaxındır, ali irqdir, mən cismimdə Tsexarakonu daşıyıram”. Bu cəhətdən Tsexakron faşizmlə eyniləşir. Maraqlıdır ki, eyni illərdə İtaliyada faşizm, Almaniyada isə milli sosializm düşüncələri ictimai kütlələrə sirayət etməyə başlamışdı. Başqa bir deyişlə, Ermənistan o dövrdə müstəqil bir dövlət kimi qalsaydı, bir erməni faşist quruluşundan bəhs edəcəkdik. Əslində XXI əsrin diqtə etdyi meyarlara bugünki erməni dövləti əməl etmək, ona uyğunlaşmaq istəmir. Bir çox məsələlərə münasibətdə yenə də faşist yanaşma açıqca görmək mümkündür. Dövlət bu gün də Njdenin məlum təlimi ilə yönləndirilirsə demək nasional sosializmdən hələ uzaqlaşa bilməmişdir. Ermənistan Respublikaçılar Partiyasının ermənicə və rusca çap etdirdiyi “Garegin Njde və onun təlimi” (Yerevan-2004) kitabında qeyd olunur ki, II Dünya müharibəsi başlanarkən Njde bilirdi ki, Avropa ölkələrində antierməni ovqat güclənmişdi və Almanlarda belə bir fikir vardı ki, ermənilər Almaniyanın düşmənlərinə yardım edərlər.
Erməniləri də yəhudilərin taleyini yaşayacaqlarından ehtəyatlanan Njde hərəkətə keçərək Almanlarla əlaqəyə girir və Bolqarıstan və Rumıniyada ermənilərin bu ölkələrdən qovulub çıxarılmasının qarşısını alır. Rumıniya baş naziri Antoneskunun erməniləri toplu halında yaşadıqları yerlərdən çıxarılması əmri vardı. Njde 1942-ci ildə Berlinə gedərək ermənilərin almanlara sədaqətli olacaqlarını sübut edən materiallar aparmışdı. Bu materiallar sonradan onun həbs olunaraq 25 il cəza almasına səbəb oldu. O Berlində Dro ilə də görüşmüşdü. Dro da almanların yanında olan erməni liderlərdən idi. Həbsdən sonra baxın nə edir bu ideoloq. Sovet hökümətinin Türkiyəyə heç də yaxşı olmayan münasibətlərindən istifadə edərək 1947-ci ildə təklif edir ki, “Xaricdə yaşayan ermənilərin hərbi- siyasi təşkilatı” yaradılsın və o Türkiyənin Şərqindəki vilayətləri SSRİ-yə (Sovet Ermənistanına) birləşdirməyi təklif edir. Amma bu qəbul olunmur. Sovet höküməti bu cinayətkarla əməkdaşlıq etmir. “Qaregin Njde və KGB” adlı kitabında yazar Ustyan qeyd edir ki, Njdenin məramı Sovetlərin məqsədləri ilə üst-üstə düşmür. (Aydın İbrahimov “Tsegakron Öğretisi yahut Biz Kimlerle Masaya Oturuyoruz” məqaləsi…)
Njdenin Tsexakron təliminə görə, hər bir erməni bütün həyatı boyunca Qərbi Ermənistanın türklərin əlindən alınmasına çalışmalıdır. Onun qurduğu “Tsexakron Uxter”(1933) adlı qurumu da bu ideyanın həyata keçməsinə çalışacaqdı. Bu “Tsexakron Uxter” erməni gənclər təşkilatının nüvəsi olacaqdı. Onun özünön nizamnaməsi və proqramı da hazırlanmışdı. . “Tsexakron Uxter”in devizi belə idi: “Ermənistan ermənilərə”. Bu deviz daha sonralar da həyata keçirilərək Ermənistanı monoetnik dövlətə çevirdi. Bu ölkədə bir nəfər də olsa digər xalqa mənsub adamın yaşamaması dediyimizin sübutudur. Ermənistan deyincə burada yalnıız indiki Ermənistan nəzərdə tutulmurdu. “Batı Ermənistan” dedikləri Türkiyənin 6 Şərqi Anadolu vilayətləri də buraya aid edilirdi.
“Mən Yer Kürəsindəki ilahi izləri öz soyumda oxudum, gördüm, öpdüm, təzim etdim – və Tsexakrona çevrildim” deyərkən Njde ermənilərin ilahi soydan gəldiyini iddia edir və iddia edir ki, “Soy Allah kimi birincidir. Erməni soyu da Allah kimi əsrlərin şahididir, o, əbədi olaraq ermənidir, Allahın ortağıdr”. Ona görə, soy Ruhun və Qanın sintezidir, psixoloji anbardır və eyni zamanda bioloji quruluşdur, insan etnosuna bir birindən fərqlilik , özünəxaslıq xarakteri verir. Onun fikrincə, Tsexakronutyun bu cəhdləri qoruyub saxlamaq üçün soyun əlində bir əbədi varlıqdır. Bu erməni varlığını Əbədi etmək və erməni kimi Yaşamağı təlqin və özündə ehtiva edir. Erməninin özünüdərki üçün bu təlimə inam da aşılanmalıdır. Kronçular bunu etməlidirlər.
Tsexakron Müqəddəs Soyu tanıyır və elan edir: “Erməni olmağa o adam layiq deyildir ki, onun üçün bizim planetdə “erməni” kəlməsindən daha üstün şeylər vardır”.
Və yaxud, “Erməni olmaqdan əvvəl də sən Erməni olmalısan!”, “Erməni öz tarixində Ermənidən daha öncə adam olmuşdur, bu xüsusiyyətinə görə də onun faciələri qaçılmaz olmuşdur”.
Njdeyə görə, erməni xalqı aşağıdakı Kultlarla (türkcə-püt) həyatını davam etməlidir. Bunlardır:
Vətən kultu, Qan kultu, Dil kultu, Vətən uğrunda öz həyatını qurban etmə kultu, Ulular kultu, Güc kultu, Öndər kultu. Erməni üçün dəyişməyən prinsiplər də bunlardan ibarətdir:
Vətən kultu: Erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci, bütün səyini Ermənistanın ərazisini genişləndirməyə sərf etməli və onun bundan böyük xoşbəxtliyi olmamalıdır.
Qan kultu: Tsexakronatyun qan təmizliyini əsas qanun olaraq qəbul edir və digər xalqlarla evlikləri qəbul etməməkdədir.
Dil kultu: Tsexakronutyun hər bir erməninin bir-biriylə danışarkən yalnız erməni dilini istifadə etməsini önərir. Erməni dilini bilməyən Soyun nümayəndəsi olaraq qəbul edilə bilməz. Yəni erməni düşüncəsi böyük ölçüdə dilə bağlıdır, əgər dil olmasa və xaricə dağılmış Erməni birliyini təmin etmək mümkün olmaz .(Ndje bolşevik zülmü altında yaşayan erməniləri özündən saymır, onları qəbul etmir və bütün ümidlərini diasporaya bağlayırdı).
Öz həyatını qurban etmə kultu: Soyunu qorumaq üçün bu yolda ölmək bir şərəfdir və “… Aslan kimi mübarizə etməliyik.”
Ulular kultu: Tsexakronutyun nəsillər arasında əlaqələrin davam etməməsini ən böyük çatışmazlıq olaraq qəbul edir. Xüsusilə Ana Vətən torpaqları üzərində fəaliyyətin davamı yeni nəsil üçün qida qaynağı olmalıdır.
Güc kultu: Tsexakronutyun gücə xüsusi yer verir. Njdeye görə, güclü qazanan olar, haqlı olmaz; dünya, güclü olanın qarşısında boyun əyər.
Öndər kultu: Hər soyun başında xalqın taleyini müəyyən edən bir lider olmalıdır. Tsexakronutyun, soy üzvlərinin öndərinin iradəsinə tabe olmasını tələb edir. O yazırdı: “Ermənilik nə vaxtsa Türkləri bağışlayacaq , amma onun qarşısında diz çökmədən, onu diz çökdürərək…”
Ermənilik (armenizm), Njdeyə görə, hər şeydən üstündür. “Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeyin fövqündədir”.
Buna görə də Tsexakronutyun ermənilərin maraqlarını hər hansı xalqın mənfəətlərindən daha üstün tutar. Məsələn, Tsexakron hərəkatının ilk nizmnaməsinin ana səhifəsi bu şüarla başlayır: “Lozanna? Xeyr, heç bir zaman qəbul edilə bilməz. “Və fikir belə davam edir:” Bir xalqın ana torpağı digər valqın daimi vətəni ola bilməz. “
Tsexakronutyun, yalnız ermənilərin torpaq üçün vuruşmağa hazır olmasını tələb etmir, bu təlim daha irəli gedərək, ermənilərdən türklərə qarşı mərhəmətsiz intiqam tələb edir. Njde belə yazır: “Bizim aramızdakı düşmənlik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı hansı üsulla olursa- olsun yox etməliyik.” Bunun artıq faşizm olduğunu Njde özü də danmır. Təlimin bu nöqtələrini şərhlər edərkən deyir: “İtalyanların Faşizmi var, almanların Nazizmi, yəhudilərin isə Sionizmi… Ermənilərinsə Tsexakronu var… Biz 1919-cu ildə bu fikirləri fikirləri meydana gətirərkən, Mussolini öz düşüncələrini daha yeni- yeni kəşf edirdi .. . Hitler ərazilərin genişlenməsinin təzahürünü hələ təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daşımamaqdadır. Biz isə xalqımıza onun Ana torpağı olan Erməni Dağlıq bölgəsini (Şərqi Anadolu, Kilikiya və Qafqazın böyük bir ərazini əhatə etməkdədir) geri vermək istəyirik … Hitler yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox etməyi hədəfləyirdi. Bizim soyumuzun düşmənləri isə Türklərdir, onlar erməniləri yer üzündən silirdilər və məmləkətimizin torpaqların böyük hissəsini ələ geçirmişdilər və b.
İrqçi təlimin digər nöqtələri
Njdenin irqçi təliminin bəzi məqamları ilə tanış olandan sonra ermənilərin ərazi iddialarının mənbəyinin hardan gəldiyi məlum olur. Ona görə də erməni xalqı üçün bu şəxs çox qiymətli birisi olaraq təbliğ olunur. Bu gün Ermənistanın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları), filmi “milli qəhrəman” Garegin Njde haqqında çəkilən film olmuşdur. İlk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njde 1930-cu illərdə “Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratmış və Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin ermeni legionunun qurulmasında aktiv iştrak etmişdir. Bu faktlar filmdə heç göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu “fədakarlığı “ təmizə çıxarılır. Erməni sənətkarları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə vermişlər. Njdenin və onun cəfəng “ideologiyasının” ölkəni idarə edən Respublika Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi ermeni toplumunun ne gündi olduğunun sübutudur.
Erməni irqçi yaddaşı heç bir əsası olmayan bir qorxu üzərində qurulub – sanki Azərbaycanlılara qarşı törədilən vəhşiliklərin etiraf edilməsi hər hansı bir şəkildə 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən erməni soyqırımının tarixi həqiqətini və mənəvi iyrəncliyini sarsıdacaq- fikri hamının başı üstündi asılmış Domokl qılıncıdır. Bu qılınc bu gün xeyali Njdenin ellerindedir. Ermeniler bu filme çox baxacaqlar ve onun bu fikrini her zaman özlerine hele çox yolgösteren hesab edecekler: “Bizim belamız o deyildir ki, dünyada Türkler vardır, hem de odur ki, Türksever Ermeniler vardır.” Gerçekden Ermeniler arasında türkseverler varmı? Demək çox çətindir. Türkə simpatiya bəsləyən olsa belə uzn zaman bu ölkədə yaşaya bilməz. Çünki Njdenin ideologiyası bunu mümkün etmir . Bu şəxsin cinayətkar keçmişi erməni toplumu üçün əhəmiyyətsiz bir məsələdir.
Faşist görüşlü cinayətkar
Aşağıdakı mətn Qaregin Njdenin ittiham aktından bir parçadır, onu Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşı, erməni millətindən olan mayor Melkumyan hazırlayıb. Bu sənəddə, Njdenin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən demək olar ki bəhs edilmir, lakin bununla belə sənədlə tanış olmaq faydalıdır. Njdenin nə qədər qəddar və faşist görüşlü cinayətkar olduğunu ortaya qoyur.
“…Bolqarıstanda yaşayarkən Ter – Harutyunyan Daşnaksütunyun rəhbəri kimi, SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. 1941- ci ildə alman kəşviyyatı ilə əlagə yaradıb, və almanların göstərişi ilə, Balkan yarımadasında millətçilərin arasında, aqentura yaradılması ilə məşğul olub. Njde, yəni Ter – Harutyunyan almanların Berlində yaratdığı “Erməni Milli Şurasnın” üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. Bu məlumatlar və bir sıra digər sənədlərəsasən 2 noyabr 1944 cü ildə Qaregin Ter – Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter – Harutyunyan 1908- ci ildən 1937 -ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918 ci ildə daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı güvvələırin komandanı, 1921- ci ildən isə baş naziri olaraq, sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir.Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqlabi əhval ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. (II cild səhifə NN 251-253, 257-259, 263-266, 355-359, 360, 364-369) 1933 cü ildə müttəhim Ter – Harutyunyan ABŞ – a yollanıb və orada daşnak gənclər təşkilatı olan “Tsexakron” təşkilatını yaradıb, təşkilat irqçiliyi təbliğ etməklə, mahiyyət etibarı ilə faşist təşkilatıdır. Müttəhim Q. Ter – Harutunyan Sovet İttifaqının barışmaz düşməni kimi, 1941 ci ildə özünün yaxın tanışı olan alman aqenti Burev Semyon İvanoviçin vasitəsilə alman kəşviyyat və əkskəşviyyat orqanlarının Balkanlardakı rəhbəri “Doktor Delius” təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olub, və burada SSRİ – yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara təqdimatı ilə məşğul olub.(Cild I səhifə NN 22-29, 31-33, 37-44, 45-48, 66, 68-88, 93, 157, 208-302, II cild səhifə NN 192-195, 311, 318, 320, 327, 332, 352). Bundan sonra Harutyunyan alman kəşviyyatçısı mayor Drumyun göstərişi ilə, 1942 ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Hayk (“Smerş” tərəfindən həbs olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə qöndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşviyat-təxribat məktəbində təlim keçərək Krıma qöndərilmişdilər, onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşviyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi, alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər. (Cild I səhifə NN 1574, 155, 158-165; Cild II səhifə NN 49-51, 59-62). 1943 cü ilin avqustunda Qaregin Ter – Harutyunyan Krıma qələrək, yuxarıda qöstərilmiş kəşviyyatçı-təxribatçıların qarşısında çıxış edərək, onları almanların bütün göstərişlərini yerinə yetirməyə çağırmışdır. (Cild II səhifə NN 309, 310). Müttəhim Ter – Harutyunyan Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı “Erməni milli şurasının” tərkibinə daxil olur, şuranın məqsədi Almaniyaya SSRİ – yə qarşı mübarizədə yardım etmək və Ermənistanda Almaniyanın protektaratı ilə millətçi-burjua hokumətinin qurulmasına nail olmaq idi. (Cild I səhifə NN 69-71 Cild I səhifə NN 245-248, 352). Özünü qismən günahkar hesab edir. Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayk Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan Akopoviçin, Tomasyan Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin, Sarkisyan Qurgen Semyonoviçin ifadələri əsasında Ter – Harutyunyanın günahı sübuta yetirilmişdir. İlkin təhqiqatı bitməsi, və irəli sürülmüş ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR in C.P.M. 200 – cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini Ermənistan SSR in D.İ.N. qoşunlarının hərbi prokuroru vasitəsilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin nəznində, xüsusi məşvərətin dinləmələrinə qöndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi, 25 illik həbs cəzasını təklif etmək. İttiham aktı 10 mart 1948 ci ildə tərtib olunmuşdur.
Ermənistan SSR
Dövlət Təhlükəsizlik Nazirliyinin
Birinci İdarəsinin üçüncü bölməsinin rəsisi
mayor Melkumyan
Naxçıvan və Zəngəzurda saysız-hesansız cinayətlər törətmiş bu şəxs Ermənistanın “milli lideridir, qəhrəmanıdır”. Ermənistanda o adamlar qəhrəman sayılır ki, onlar çoxlu türk qırıblar, Njde də onlardan biridir. Buradakı cinayətlərinin üstünün açılacağından qorxaraq 1920-ci ildən sonra Bolqarıstana qaçan Njde oranın vətəndaşlığını qəbul edib. 1933-cü ildə Türkiyənin ABŞ-dakı səfiri Muxtar Bəyə qarşı planlaşdırılan terror dəstəsinə qoşulub. Sonra nasist Almaniyasına gedərək faşistlərə qoşulub və general rütbəsinə yüksəldilib.
1942-ci ildə faşist ordusunun tərkibində erməni dəstələri yaradıb.Sofiya Sovet Ordusu tərəfindən tutulduqdan sonra o, həbs edilərək SSRİ-yə gətirilib. 1955-ci ilə kimi Moskva, İrəvan, Vladimir və Daşkənd türmələrində saxlanılıb. 1955-ci ildə Vladimir türməsində ölüb. Meyiti 1983-cü ildə gətirilərək Qafandakı Spitakvor kilsəsinin həyətində basdırılıb. Njde qədim türk torpağı, eradan əvvəl 8-ci əsrdən türklərin yaşadığı Süniki, yəni indiki Zəngəzuru işğal edərək Ermənistana birləşdirməsi ilə həmişə fəxr edib. Bu günə qədər Zəngəzur da erməni işğalı altındadır. Njde hardan keçmişsə orad qan izi buraxmışdır. 1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə ilə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı əzabla, vəhşiliklə qətlə yetirməsindən və bu “şücaət”inə görə Bolqarıstanla Yunanıstanın hərbi ordenlərini almasından sonra Lev Trotski bolqar sosial-demokratlarına ünvanladığı məktubunda yazırdı: “… Yoldaş Njdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu “sevmələrini” tələb edib, özü qadın paltarı geyib və səhərədək “təcavüzə” məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq”.
“Tsexakron” adlı ifrat millətçi təşkilatı yaradanda məşhur daşnak Manuçar Sukiasyan demişdi: “Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-yarıkişi Njde bizə cəsarət və kişilik dərsi keçir”
Baxın, bu şəxsi ermənilər öz millətlərinin öndəri sayırlar.
Professor Qafar Çaxmaqlı
http://apa.az/siyasi_xeberler/tsaxakronizm-de-fasist-telim-idi-meqale.html