Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etmələri Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilib. Ölkənin aparıcı media orqanları, o cümlədən Anadolu Agentliyi, TRT kanalı, “Yeni şəfəq”, “Sabah” və digər qəzetlər dövlətimizin başçısının cəbhə bölgəsinə səfərinin əhəmiyyəti barədə Türkiyə ictimaiyyətinə ətraflı məlumat verib. Xüsusilə qardaş ölkə mətbuatı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəşlər nəticəsində yaralanan mülki şəxslərə baş çəkməsinə geniş yer ayırıb.
Yazılarda erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağdam və Tərtər rayonlarına əlavə vəsait ayrılması məsələsi də öz əksini tapıb. Həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycan tərəfinə vurduğu maddi zərər və dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlər barədə rəsmi statistika da açıqlanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









