Türkiyənin Baş naziri Binəli Yıldırım məlum terror aktı ilə əlaqədar İstanbuldakı Atatürk Hava Limanına gəlib.
Qanlı hadisə ilə bağlı açıqlama verən Baş nazir bildirib ki, terror aktında 36 nəfər həlak olub, çox sayda insan yaralanıb. Onların arasında xarici vətəndaşlar da var.
Baş nazir vurğulayıb ki, ən qısa zamanda terror aktı ilə bağlı ətraflı məlumat veriləcək. O diqqətə çatdırıb ki, əlamətlərinə görə, bu terror İŞİD tərəfindən törədilib.
03:44
İstanbul, 29 iyun, AZƏRTAC
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın məlumatına görə, iyunun 28-də İstanbuldakı Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub, 147 nəfər yaralanıb. Hələlik ölənlərin şəxsiyyəti müəyyən edilməyib.
Baş nazir Binəli Yıldırım Atatürk Hava Limanına gəlib.
İlkin versiyaya görə, terror aktı 3-ü terrorçu-kamikadze olmaqla 7 nəfərin iştirakı ilə törədilib.
01:20
İstanbul, 29 iyun, AZƏRTAC
İstanbul vilayətinin valisi Vasip Şahinin məlumatına görə, iyunun 28-də İstanbulun Atatürk Hava Limanında törədilən terror aktında həlak olanların sayı 28 nəfərə çatıb. Ən azı 60 nəfər yaralanıb. Onlardan 6-sının vəziyyəti ağırdır.
Valinin sözlərinə görə, terror aktı 3 terrorçu-kamikadze tərəfindən törədilib.
01:05
İstanbul, 29 iyun, AZƏRTAC
İstanbulun Atatürk Hava Limanında törədilən terror aktında 28 nəfər həlak olub, ən azı 60 nəfər yaralanıb. Onlardan 6-sının vəziyyəti kritik ağırdır. Hadisə yerinə 50-dən artıq təcili tibbi yardım maşını və həkim briqadası cəlb olunub. Ən son məlumata görə, bütün yaralılar xəstəxanalara yerləşdirilib.