
Türkiyə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, BMT-nin rəhbərliyi ilə 2026-cı ilə planlaşdırılan danışıqların qlobal iqlim gündəliyinin müzakirələri Antalyada keçiriləcək.
İqlim sammitinin yeri Avstraliyanın Baş naziri Entoni Albanesenin Kanberranın COP31-ə ev sahibliyi etmək üçün müraciətini geri götürməsini açıqlamasından sonra müəyyən edilib.
Avstraliyanın Baş naziri Türkiyədə keçiriləcək qarşıdan gələn COP31 müzakirələrində ölkəsini iqlim dəyişikliyi naziri Kris Bouenin təmsil edəcəyini də bildirib.
“Razılaşmaya əsasən, Kris Bouen COP31-ə sədrlik edəcək və konfransa ev sahibliyi etmək hüququ Türkiyəyə verilib. COP31-ə hazırlıq üzrə əsas müzakirələr Avstraliyada keçiriləcək və onların mövzusu iqlim maliyyəsi və Sakit okean ölkələri ilə ətraf mühit həmrəyliyi olacaq”, – deyə Albanese bildirib. Avstraliyanın Baş naziri COP31-ə ev sahibliyi etmək barədə razılaşmanı “Avstraliya və Türkiyə üçün böyük nailiyyət” adlandırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








