
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə keçirdiyi görüş Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, yayılan informasiyalarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbçilər qarşısında söylədiyi dərin məzmunlu nitqindən mühüm məqamlar türkdilli ictimaiyyətə təqdim olunub.
Anadolu Agentliyi, ”Haber Global”, “TRT Haber” telekanalları, “Yeni Şafak”, “Türkiye” qəzetləri və digər media qurumları Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbədən sonra regionda yaranmış yeni siyasi vəziyyəti, Azərbaycanın bölgədə sülh və sabitlik yaratmaq istiqamətində sərgilədiyi dəyişməz mövqeyini çatdırıblar. Məlumatlarda, həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində sərgilədiyi qətiyyətli və ədalətli mövqeyə görə Türkiyəyə bir daha minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Türkiyə KİV-ləri 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü ilə bağlı da müxtəlif məlumatlar yayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









