
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda Anım Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda 44 günlük Vətən müharibəsində iştirak edənlərin qəhrəmanlığı yüksək qiymətləndirilib.
“Qəhrəman Azərbaycan Ordusunun işğal olunmuş torpaqların azad edilməsi uğrunda şücaətli mübarizəyə başlanmasının ildönümündə şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə cansağlığı və xoşbəxt ömür arzulayırıq”, – deyə Türkiyə Müdafiə Nazirliyinin “Bir millət, iki dövlət” ifadəsi ilə tamamlanan paylaşımında deyilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara