Laçın şəhərinin, Zabux və Sus kəndlərinin üçtərəfli anlaşma əsasında davam edən proses çərçivəsində bu gün Azərbaycana qaytarılmasından məmnunluq duyuruq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.
Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində mühüm addım olan bu hadisənin Azərbaycan-Ermənistan münasibətlərinə olduğu kimi, regional normallaşmaya da töhfə verəcəyinə ümid edirik.
Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









