
Avqustun 26-da dünyanın müxtəlif ölkələrindən olan diplomatların Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsinə səfəri başlayır.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər, diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri daxildirlər.
Səfər çərçivəsində Azərbaycanın Füzuli və Şuşa şəhərləri ziyarət ediləcək.
Yetmişdən çox nümayəndənin daxil olduğu heyət Türkiyənin Ankara vilayətinin Esenboğa Aeroportundan çarter reysi ilə Azərbaycanın Füzuli Beynəlxalq Hava Limanına doğru yola düşəcək.
Tarixdə ilk dəfə olaraq Esenboğa hava limanının uçuş ekranlarında AHY4038 saylı Ankara-Füzuli reysini göstərən yazı əks olunub. Bu tarixi hadisə iştirakçılar tərəfindən böyük sevinclə qarşılanıb.
Səfər iki gün davam edəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









