
1915-ci il hadisələri ilə bağlı nifrət və yalan ritorikası müstəqil Ermənistana heç bir fayda gətirməyib. Radikal müxalifət və diaspor xalqlar arasında düşmənçiliyi qızışdırmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın səsləndirib.
Ekspertin sözlərinə görə, onilliklər boyu Osmanlı dövlətində ermənilərin köçürülməsi ilə bağlı qərar ətrafında radikal isteriyanı qızışdıran xarici dairələr dünya ictimaiyyəti tərəfindən açıq şəkildə anlaşmazlıqla qarşılanır.
Ankara mərkəzinin eksperti qeyd edib ki, Türkiyə əleyhinə iddialarını əsaslandırmaq cəhdində erməni lobbisi və diasporu yeni bir “tezis” irəli sürməyə başlayıb. Həmin tezisə görə, guya “soyqırımı” qurbanları təkcə ermənilər deyil, eyni zamanda yunanlar və assuriyalılar olublar.
“O cümlədən Cənubi Qafqazda münasibətlərin normallaşmasını uzatmağa yönəlmiş addımlar atılır, bu prosesdə diqqət regionda sabitliyin pozulmasına və Ermənistan vətəndaşlarının rifah səviyyəsinin aşağı salınmasına yönəldilir”, – deyə o qeyd edib.
S.E.Yalçın “soyqırım”la bağlı iddiaları “erməni diasporunun və regionda münaqişələrin tərəfdarlarının çürümüş mifi” adlandırıb.
“Bu nağıl hesabına siyasi və maliyyə dəstəyi alan dairələr nifrət təbliğatı üçün yeni “əsaslandırmalar” axtarışındadır. Əminəm ki, region ölkələrinin sülh, sabitlik və münasibətlərin normallaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar bu planları birdəfəlik puça çıxaracaq”, – deyə AVİM eksperti vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









