Erməni tarixşünasların bir çoxu ermənilərin kökünü mənbə olaraq özlərinə daha yaxın olan qövmlərin – asur, yunan və yəhudilərin əsərlərinə bağlayırlar. Onların “Böyük Ermənistan” dedikləri ġərqi Anadolu ilə Kilikiya deyə adlandırdıqları Adana və Tarsus bölgələrinin Asur hökmdarlarından Salmanazar ilə Sardanəpal zamanında Asur dövlətlərinə bağlı olduqları görülür.
Evald Banse belə deyir: “Ermənistan tarixi Asiya dövlətlərinin bu məmləkətin keçid qapılarını ələ keçirmək qayəsilə apardıqları mübarizələrdə asurilərin keçmiş hökmdarlarına, Romanın partlara, Bizansın yeni Ġrana və nəhayət, türklərin iranlılara və ruslara qarŞı apardıqları müharibələrdən ibarətdir.”
Bəzi erməni tarixşünasları da Xorenli Movses ilə eyni düşüncədə olanlara qarşı çıxırlar. Dr.Daqavaryan bunlardan biridir. O, bu xüsusda belə deyir: “Milli tarixşünaslarımız Aqatanqelosdan başlayaraq müqəddəs kitabdakı Torqama ailəsini və Asqanaz kəlməsini irqimizə yaraşdırırlar. Halbuki Torqama Ermənistanın cənubi-şərqində ayrı bir ölkədir. Mismarla yazılı kitabələrdə Tilqarima qalası Asuristandan Şimalda göstərilmişdir… …Asqanaz İskuza dediyimiz bir İskit hökuməti idi. Atalarımız müqəddəs kitabda özlərinə bir kök tapmaq üçün qonşuları Asqanaz və Torqamaları irəli sürmüşlər və ermənilərin də bu iki qonşu millətdən başqa kökləri olmaz deyərək, Qaykı Torqomun oğlu saymışlar.”
Bu açıqlamalara görə, Xorenli Movses və digər erməni tarixşünasların irəli sürdükləri köklərinin Yafes ilə bağlantılı Qayk əfsanəsinin və xəyali krallıq silsiləsinin heç bir elmi əsası yoxdur. Bundan əlavə, erməni tarixində ən parlaq dövr olaraq arşaqunilərdən (partlardan) bəhs edilməsidir.
Erməni tarixində Arsak olaraq adı keçən (Arsace) Dahnascyth qəbiləsindəndir. Partlar haqqında Şirarde Rial bu məlumatı verir: “Hyrcania Xəzər dənizinin şərqindəki düzənliyin böyük bir hissəsi idi, hətta Oxusun (Ceyhunun) digər tərəfinə qədər davam edərdi. Bəziləri buranı İberiya və Albaniya ilə sərhədli göstərmişlər. Qitənin mərkəzinin Asterabad olduğu şübhəsizdir. Bunların yarı partlar aryaeraniyen bir mədəniyyətə sahib olmaqla bərabər, türklərlə eyni irqdən olduqları isbatlanmışdır. Achemenidələr səltənətindən, yəni miladdan əvvəl altıncı yüzildən etibarən Ari ölkəsində tatar (türk) millətindən qəbilələrin olduğunu Orta Asiyadakı insan irqlərinə aid bir əsərdə görmək mümkündür. Hyrcanielilərlə partlar bir rəhbərlik altında idilər. Dara kitabələrinə görə, orada bəzi tatar qəbilələri də vardı. Bunlar imperatorluğun Ģimal sərhədlərini qarət etməklə məşğul olar və səltənət iddiasıyla üsyanlara yardım edərdilər. Part imperatorluğunu quran Arsace Daiyen qəbiləsinin rəhbəridir.”
Başqa bir əsərdə də: “Partların Şimali İranda bir Seytion (yəni Türk) qəbiləsi olduğu…” bildirilir. Renee Grousset də partlarla sakaların eyni qövmə mənsub olduqlarını deyir. Sakalar, partlar, partların ən soylu xanədanı olan Dailər əsl türkdürlər. Bu gün də Türkiyənin Qaziantep bölgəsində Dai soyadını daşıyan ailələr mövcuddur. Saint Martin keçmiş yunan tarixĢünaslarından gələn “parthe” kəlməsinin iskitcə olduğunu və (xaricə atılmış) mənasına gəldiyini yazır.
“Divani-lüğət-it türk”də də part kəlməsi (qarnı çölə çıxmış) mənasındadır. Partların başındakı xanədanın adı yunan əsərlərində Dahi, Daee və Dai, çinlilərdə Thai, yaponlarda Dai, ərəblərdə Dai olaraq keçir.
Belə ki, Xorenli Movses Belh şəhərinin part xanlarının ana yurdu olduğunu bildirir. Armeniya adı tarixdə ilk dəfə m.ə.518-ci il tarixindən qalma “Bahistun” yazılarında keçir. Fars kralı I Dariusun yazılarında Erqani-Elazığ bölgəsində baş qaldıran bir qövm deyə “Armina və Arminia” dan bəhs edilir.
M.ə. l88-ci il tarixində qurulan Artaksias krallığı zamanında Aramice “Yüksək Yuxarı ölkə” demək olan Armeniya adı Muş və Əhlat bölgələri üçün istifadə edilən coğrafı bir termindir. Sonraları bu ad romalılar tərəfindən orta və yuxarı Murad suyu ilə Kür və Araz çayları üçün də istifadə edilmiş, bilavasitə avropalılar tərəfindən də qəbul olunmuşdur.
Özlərinə “Qaik” deyən və “Qayk” adlı bir atadan törədikləri əfsanəsini yaşadan və türklərlə bütün xaricilərin “erməni” dedikləri qövmlə Armeniya ölkəsi adının bir əlaqəsi yoxdur.
F.Qaraoğlu “Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə), I cild (Bakı, 2007)” kitabından
19.03.2021