
Şuşa rayonunun Turşsu qəsəbəsində birinci mərhələdə 50 ev inşa olunacaq. Ümumilikdə isə qəsəbədə 353 evin tikintisi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri Turşsu qəsəbəsinə gedərək, həyata keçirilən tikinti işləri ilə maraqlanıb. Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, Şuşa rayonu inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi Kiçik Kirs dağının ətəyində, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir. Yenidənqurma layihəsinə əsasən Turşsu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq. Qəsəbəyə ilkin mərhələdə 50 ailə, və ya 202 nəfər köçürüləcək.
Evlərin 3-ü ikiotaqlı, 29-u üçotaqlı, 12-si dördotaqlı, 6-sı beşotaqlı olacaq. Qəsəbədə fərdi evlərlə yanaşı məktəb, uşaq bağçası, tibb məntəqəsi, inzibati bina və digər obyektlərin də tikintisi nəzərdə tutulub.
Hazırda ərazidə tikinti meydançalarının və yolların genişləndirilməsi işləri həyata keçirilir. Bu il Turşsu sakinlərinin doğma yurdlarına qayıdışı nəzərdə tutulur.
Turşsu qəsəbəsi Qarabağın turizm potensialı ilə seçilən guşələrindəndir. Saf dağ iqlimi, Zarıslı çayının kənarında yerləşməsi, yaxınlıqda mineral tərkibli Turşsu bulağının olması gələcəkdə buranın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Odur ki, qəsəbədə yaşayış massivi ilə yanaşı, turizm zonanın (kurort zonasının) da layihələndirilməsi planlaşdırılır.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









