Həmsöhbətimiz Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamaldır.
Bir müddət əvvəl Almaniyada irqçilər Köln şəhərini döyüş meydanına çevirmişdilər. Qeyd edək ki, hadisәlәr 13 polisin yaralanması ilə müşahidə olunmuşdu. Neonasist qruplara yalnız polis deyil, digər almanların da sәrt reaksiya göstərməsi diqqətdən qaçmamışdı. Rəsmi məlumatlara görə, mindən çox neonasist və xuliqan, İŞİD-ә qarşı döyüşü bəhanə edərək Kölndə aksiya keçirib. “Əcnəbilər ölkәni tәrk etsinlәr”, şüarını sәslәndirәn irqçilər, daş və şüşə ilə polisə hücum ediblәr.
Qeyd edək ki, bu hadisənin üzərindən bir neçə gün keçsə də, gərginlik hələ qalmaqdadır. Onu da əlavə eədk ki, Köln şəhəri Türkiyə türklərinin ən sıx yaşadığı şəhərlərdən biridir. Burada Azərbaycan türklərinin də sayı kifayət qədərdir. Belə olan halda bu tendensiyanın davam etməsi oradakı soydaşlarımız üçün arzuolunmaz mənzərə yarada bilər. Maraqlıdır, hökumət bununla bağlı hansı addımlar atıb və ya atacaq, soydaşlarımız nə düşünürlər? Bu və digər suallarımıza 1905.az-a müsahibəsində Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal cavab verdi:
– Hazırda hər şey normaldır, hər hansı bir problem yoxdur. Hələlik bu məsələ ilə bağlı gərginlik müşahidə edilmir.
– İrqçilərin köln şəhərini seçməsi təsadüfidirmi?
– Köln türklərin qalasıdır. Burada türklərin sayı çoxdur və aktivdirlər. Yəqin ki, bu amil irqçiləri narahat edib. Təbii ki, buranı ələ keçirmək və insanlarda qorxu, gərginlik yaratmağa çalışacaqlar.
– Türklərlə bağlı hər hansı problem yarana bilərmi?
– Mən də həmin gün – irqçilərin mitinqi zamanı Kölndə idim. Neonasistlərin sayı ən azı 5000 nəfərdən çox idi. Yenə də ənənəvi üsulla qorxu yaratmaq niyyəti güdürdülər.
– Bu, Türkiyə və Azərbaycan türklərinə təsir edirmi?
– Təkrar edirəm, Köln türlklərin kompakt yaşadlığı şəhərdir. Burada bizimlə bağlı heç bir qorxu yarada bilməyəcəklər. Bu taktika bizim üçün keçərli deyil. Bu baxımdan da əndişəyə ehtiyac yoxdur. İkincisi də qoy onlar qorxsunlar ki, özlərinə problem yarada bilərlər.
– Almaniya dövlətinin problemə münasibəti necədir, hökumət problemin həlli üçün hansı addımları atır?
– Merkel hökuməti indiyə qədər bu təhlükəni ciddiyə almamaqla böyük səhvə yol verib. Buna görə də 2000- 2008-ci illər arasında 8 türk vətəndaşı, 1 yunan və 1 alman qadın polisini öldürən neonasist qrupun üzərinə getmədi. Bu da həmin qrupları daha da cəsarətləndirdi. Nəticə də göz önündədir. Əgər bu təhlükəylə bağlı vaxtında önləyici addımlar atılsaydı, bu gün həmin hadisələr təkrarlanmazdı.
– Digər partiya və təşkilatlar hökumətə təzyiq göstərirlərmi?
– Alman Yaşıllar Partiyası və Sosial Demokrat Partiyası az da olsa bu qruplaşmaların üzərinə getmək üçün hakimiyyətə təzyiq göstərməyə başlayıblar.
Bundan sonrakı proseslərin necə olacağını isə müşahidə edəcəyik.
Əli Zülfüqaroğlu
Xüsusi olaraq 1905.az üçün