Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.
“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü hücumu qətiyyətlə pisləyir. Hücum nəticəsində səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları arasında həlak olan və yaralananlar var. Mərhumun yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, – deyə Nikolenko qeyd edib.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtilə təxminən 08:30-da Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum baş verib. Nəticədə səfirliyin təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub, iki əməkdaş yaralanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








