Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, Sarıyer Bələdiyyəsinin və konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri düzülüb.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









